ABŞ Hərbi Dəniz Qüvvələrinin ballistik raketlərə qarşı müdafiə imkanlarının artırılması üçün “Raytheon” şirkətinə 745 milyon dollar dəyərində müqavilə verilib.
Army.az xəbər verir ki, müqavilə RTX şirkətinin bölməsi olan “Raytheon”la ABŞ Raketdən Müdafiə Agentliyi arasında imzalanıb.
Saziş çərçivəsində “Aegis” sistemi ilə təchiz edilmiş hərbi gəmilərdə istifadə olunan “Standard Missile-3 Block IIA” raketlərinin istehsalı və texniki xidməti həyata keçiriləcək.
Avqustun 10-da elan edilən müqavilə ABŞ Hərbi Dəniz Qüvvələrinin uzunmənzilli önləyici raket ehtiyatlarının artırılmasını nəzərdə tutur.
Yeni imkanların aviadaşıyıcı qruplarının, irəli hərbi bazaların, Quamın və ABŞ-ın müttəfiqlərinə məxsus ərazilərin qısa, orta və ortamənzilli ballistik raketlərdən müdafiəsini gücləndirəcəyi bildirilir.
