Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Baş nazirin qərarında deyilir:
“Təhlükəsizlik Şurasının formalaşdırılması və fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin”.
Digər qərara əsasən, Alen Simonyan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.
Qərarda qeyd olunur:
“Təhlükəsizlik Şurasının formalaşdırılması və fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Alen Simonyan Təhlükəsizlik Şurasının katibi təyin edilsin”.
