Ev Hərbi XəbərlərBMT-dən Hörmüz boğazı ilə bağlı beynəlxalq hüquqa çağırış

BMT-dən Hörmüz boğazı ilə bağlı beynəlxalq hüquqa çağırış

by Baş Redaktor
59 Baxış

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının gələcəkdə ABŞ ərazisi elan edilə biləcəyi ilə bağlı açıqlamasından sonra BMT beynəlxalq gəmiçilik hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.

Army.az xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, qurum Hörmüz boğazında və onun ətrafındakı sularda gəmiçilik azadlığının tam bərpa edilməsinə dair mövqeyini bir daha təsdiqləyir. Bu mövqe beynəlxalq hüquq və boğazlardan keçid qaydaları ilə bağlı BMT-nin əvvəlki çağırışları ilə də uyğun gəlir.

Düjarrikin sözlərinə görə, bütün tərəflər gəmilərin sərbəst hərəkət hüququnu və naviqasiya azadlıqlarını beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təmin etməlidir.

BMT-nin bu mövqeyi Trampın avqustun 14-də Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətindən danışmasından sonra səslənib

banner

Əlaqəli Yazılar Xüsusi