Ev Hərbi XəbərlərBelarus məktəblərində PUA və taktiki tibb tədris olunacaq

Belarus məktəblərində PUA və taktiki tibb tədris olunacaq

by Baş Redaktor
38 Baxış

Belarusda yeni tədris ilindən etibarən 10-cu sinif şagirdləri üçün nəzərdə tutulan “Çağırışaqədərki və tibbi hazırlıq” fənninin məzmunu yenilənəcək. Yeni proqramda pilotsuz uçuş aparatları (PUA) və praktiki tibbi hazırlıqla bağlı bölmələrə geniş yer veriləcək.

Army.az xəbər verir ki, Belarus Təhsil nazirinin müavini Aleksandr Kadlubayın sözlərinə görə, yeniliklərin əsas məqsədi fənnin praktiki tərəfini daha da gücləndirməkdir.

O bildirib ki, 10-cu sinifdə təhsil alan oğlanlar üçün PUA-ların öyrənilməsi və idarə olunması bacarıqlarına həsr edilmiş 10 saatlıq kurs nəzərdə tutulub. Qız şagirdlər üçün isə tibbi hazırlıq bölməsi genişləndirilərək proqrama taktiki tibbin əsas elementləri daxil ediləcək.

Nazir müavini qeyd edib ki, yeni yanaşma çərçivəsində praktiki məşğələlərin payı artırılıb. Onun sözlərinə görə, proqramda nəzəri biliklərdən daha çox real şəraitdə tətbiq oluna biləcək bacarıqların formalaşdırılmasına üstünlük veriləcək.

banner

Əlaqəli Yazılar Xüsusi