Ev Hərbi XəbərlərOdessa limanına zərbə: Ukrayna ordusu üçün nəzərdə tutulan yanacaq məhv edilib

Odessa limanına zərbə: Ukrayna ordusu üçün nəzərdə tutulan yanacaq məhv edilib

by Baş Redaktor
68 Baxış

Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan yanacaq-sürtkü materiallarının saxlandığı çənlər Odessa vilayətinin Çernomorsk limanında vurulub.

Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Nazirlik bildirib ki, avqustun 18-19-da həyata keçirilən əməliyyatlar zamanı Qara dənizin Odessa şəhərinin cənub-şərqində yerləşən hissəsində hərbi təyinatlı yük daşıdığı bildirilən quru yük gəmisi də hədəfə alınıb.

Rusiya tərəfi sözügedən obyektlərin Ukrayna ordusunun təchizatı üçün istifadə edildiyini iddia edir.

banner

Xatırladaq ki, avqustun 17-də Odessa limanına endirilən zərbə nəticəsində Ukrayna ordusu üçün silah-sursat gətirdiyi bildirilən digər quru yük gəmisi də vurulmuşdu.

Əlaqəli Yazılar Xüsusi