Ukrayna tərəfi İrana məxsus gəmilərə qarşı bu cür hücumların yenidən həyata keçirilməyəcəyinə dair Tehrana təminat verib.
Army.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali məlumat verib.
Diplomatın sözlərinə görə, Kiyev baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürüb və hadisənin təkrarlanmayacağını vurğulayıb.
Xatırladaq ki, iyulun 25-də Ukrayna Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirib. Hücum nəticəsində gəmidə partlayış baş verib.Hadisə zamanı ekipaj üzvlərindən biri həlak olub, daha bir dənizçi isə yaralanıb.
