Ev Dünyaİran səfirliyinin paylaşımı Livanda qalmaqal yaradıb

İran səfirliyinin paylaşımı Livanda qalmaqal yaradıb

by Baş Redaktor
36 Baxış

İranın Livandakı səfirliyinin “X” sosial şəbəkəsində etdiyi paylaşım geniş ictimai narazılığa səbəb olub.

Army.az xəbər verir ki, bu barədə Azad İran məlumat yayıb.

Paylaşımda iki ölkə arasındakı yaxın münasibətlərə işarə edilərək xəritə üzərində “Livan İranın ürəyidir” ifadəsi yer alıb.

Bu məzmun sosial media istifadəçiləri tərəfindən sərt şəkildə tənqid edilib. Bir qrup şərhçi İranı Livandakı proseslərə müdaxilə etməkdə və gərginliyi artırmaqda ittiham edib, digərləri isə Tehranı Livanın daxili işlərinə qarışmamağa çağırıb.

banner

Müzakirələr regionda mövcud olan həssas siyasi vəziyyəti və İran–Livan münasibətləri ətrafında davam edən gərgin atmosferi bir daha gündəmə gətirib.

Əlaqəli Yazılar Xüsusi