Ev Hərbi Xəbərlərİrandan Körfəz ölkələrinə sərt xəbərdarlıq: “Heç nə gözümüzdən yayınmır”

İrandan Körfəz ölkələrinə sərt xəbərdarlıq: “Heç nə gözümüzdən yayınmır”

by Baş Redaktor
51 Baxış

İran Silahlı Qüvvələri Körfəzin cənub sahilində yerləşən ölkələrə xəbərdarlıq edib.

Army.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi məlumat verib.

O bildirib ki, regiondakı hərbi fəaliyyət Tehran tərəfindən diqqətlə izlənilir:

“Fars körfəzinin cənub sahilində yerləşən ölkələr bilməlidirlər ki, heç nə İran Silahlı Qüvvələrinin diqqətindən yayınmır”.

banner

Abdullahi qeyd edib ki, ABŞ ordusunun bölgədəki fəaliyyətinə hər hansı formada yardım göstərilməsi və ya bu fəaliyyətin asanlaşdırılması İran tərəfindən həmin ölkənin ABŞ hərbi qüvvələri ilə əməkdaşlığı kimi qiymətləndiriləcək.

Əlaqəli Yazılar Xüsusi