İranın dövlət televiziyasında ABŞ Prezidenti Donald Trampın öldürülməsinə görə mükafat fondu yaradılması məqsədilə ianə toplamağa çağırış edildiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə MEMRI TV məlumat yayıb.
Telekanalın efirində aparıcı Məryəm Qasemi izləyicilərə müraciət edərək, ABŞ prezidentinə sui-qəsd edəcək şəxs üçün nəzərdə tutulan mükafatın toplanmasına maliyyə dəstəyi göstərməyə çağırıb.
Aparıcının sözlərinə görə, İran xalqının arzularından biri Trampın öldürülməsi barədə xəbərin bir gün canlı televiziya yayımında elan edilməsidir.
