Ev DünyaErmənistanda müdafiə nazirinin istefası tələb olunur

Ermənistanda müdafiə nazirinin istefası tələb olunur

by Baş Redaktor
63 Baxış

Ermənistan ordusunda qeyri-döyüş şəraitində baş verən ölüm halları cəmiyyətdə ciddi narazılıq yaradıb. Xüsusilə avqustun 20-də Çəmbərəkdəki hərbi hissədə baş verən ağır avtomobil qəzası fonunda müdafiə naziri Suren Papikyanın istefası ilə bağlı çağırışlar səslənməyə başlayıb.

Army.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, hərbi hissədə baş verən qəza nəticəsində əsgərlərdən biri həyatını itirib, digərləri isə ağır xəsarət alıb. Hadisənin təfərrüatlarının ictimaiyyətə açıqlanması ölkədə geniş rezonans doğurub.

“Hraparak”ın Müdafiə Nazirliyindəki mənbəsi bildirib ki, ordu və nazirliyin əməkdaşları arasında Papikyana qarşı narazılıq artmaqdadır.

banner

Əlaqəli Yazılar Xüsusi