Ev GündəmTürkiyədə sərnişin avtobusu aşdı: 22 nəfər xəsarət aldı

Türkiyədə sərnişin avtobusu aşdı: 22 nəfər xəsarət aldı

by Baş Redaktor
38 Baxış

Türkiyənin Afyonkarahisar vilayətinin Sinanpaşa rayonunda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində 22 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, qəza rayon ərazisindəki yerli yollardan birində qeydə alınıb. “Gold İstanbul” şirkətinə aid sərnişin avtobusu yolayrıcında hərəkətdə olarkən naməlum səbəbdən qoruyucu səddə çırpılıb və daha sonra aşıb.

Qəza ilə bağlı əraziyə jandarma əməkdaşları, təcili tibbi yardım və yanğınsöndürmə qrupları göndərilib. Hadisə zamanı xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib və onlar müayinə və müalicə üçün müxtəlif xəstəxanalara yerləşdiriliblər.

banner

Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Əlaqəli Yazılar Xüsusi