Ev Hərbi Xəbərlərİran ordusunun hərbi strategiyasında yeni mərhələ başlayır

İran ordusunun hərbi strategiyasında yeni mərhələ başlayır

by Baş Redaktor
173 Baxış

İran Silahlı Qüvvələrinin hərbi strategiyasında dəyişiklik baş verib. Son döyüşlərdən sonra ölkə ordusunun əvvəlki müdafiə yönümlü doktrinadan hücum xarakterli yanaşmaya keçdiyi açıqlanıb.

Army.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiyə danışıb.

Generalın sözlərinə görə, İranın əvvəlki hərbi doktrinası əsasən müdafiə prinsiplərinə söykənirdi. Lakin son iki müharibə zamanı ordunun strategiyasında mərhələli şəkildə dəyişiklik baş verib və hücum imkanlarına daha çox üstünlük verilməyə başlanılıb.

Əkrəminiyə bu dəyişimin son hərbi qarşıdurmaların nəticəsində formalaşdığını vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi