Ev GündəmLukaşenko Ukraynaya mesaj göndərdi: “Belarusun qapısı açıqdır”

Lukaşenko Ukraynaya mesaj göndərdi: “Belarusun qapısı açıqdır”

by Baş Redaktor
35 Baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Army.az xəbər verir ki, Lukaşenko təbrikində iki ölkə arasında münasibətlərin gələcəkdə yenidən qurulacağına ümid etdiyini ifadə edib.

Onun fikrincə, Minsk və Kiyev arasında əməkdaşlıq qarşılıqlı etimad, hörmət və bərabərlik prinsipləri əsasında bərpa oluna bilər.

Belarus lideri həmçinin iki xalq arasında tarixi əlaqələrə diqqət çəkərək bildirib ki, mövcud geosiyasi proseslər belaruslularla ukraynalılar arasındakı dostluq və ailə bağlarını gələcək nəsillər üçün aradan qaldıra bilməz.

banner

Lukaşenko mesajında Belarusun ukraynalılara münasibətinin açıq qalacağını da vurğulayıb. O, xoş niyyətlə ölkəyə üz tutan hər bir ukraynalının Belarusda qarşılanacağını bildirib.

Əlaqəli Yazılar Xüsusi