Ev Hərbi XəbərlərRusiya ərazisində MiQ-29 və 4 radar kompleksi vuruldu – Kiyev

Rusiya ərazisində MiQ-29 və 4 radar kompleksi vuruldu – Kiyev

by Baş Redaktor
9 Baxış

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın arxa cəbhəsində yerləşən 66 hədəfə zərbə endirildiyini açıqlayıb.

Army.az xəbər verir ki, Qüvvələrin komandanı Robert Brovdinin sözlərinə görə, əməliyyat zamanı Rostov vilayətinin Dolotinka yaşayış məntəqəsində Rusiyaya məxsus MiQ-29 döyüş təyyarəsi əsas hədəflərdən biri olub.

Brovdi həmçinin Rusiyanın dörd radiolokasiya kompleksinin vurulduğunu bildirib. Onun məlumatına əsasən, Rostov vilayətində iki “Kasta-22” və bir “Nebo-SV”, Krımın Rozdolnoye yaşayış məntəqəsində isə “ST-68” radar sistemi hədəfə alınıb.

Ukrayna tərəfinin məlumatında Xerson vilayətinin işğal altındakı Strelkove yaşayış məntəqəsində Rusiyanın xüsusi təyinatlı SOBR bölməsinin mövqeyinin də məhv edildiyi qeyd olunur.

banner

Əlaqəli Yazılar Xüsusi