ABŞ Prezidenti Donald Tramp İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın İraq səfəri zamanı səsləndirdiyi fikirləri öz sosial media hesabında paylaşıb.
Army.az xəbər verir ki, Qalibaf ötən həftə Bağdadda İran və İraqdan olan sahibkarların iştirakı ilə keçirilən görüşdə iqtisadi vəziyyət və ölkənin üzləşdiyi problemlər barədə danışıb.
O, hərbi gücün iqtisadi dayanıqlılıqla tamamlanmasının vacibliyini vurğulayıb.
İran parlament sədrinin çıxışından bəzi ifadələr sonradan sosial mediada və ayrı-ayrı media resurslarında kontekstdən çıxarılmış formada yayılıb. Donald Tramp təhrif edilmiş “Biz acıq, dözümümüz yoxdur” sözlərini Qalibafın fotosu ilə “Truth Social”da dərc edib.
