Ev DünyaHillari Klinton: ABŞ İran qarşıdurmasında ciddi sursat çatışmazlığı ilə üzləşib

Hillari Klinton: ABŞ İran qarşıdurmasında ciddi sursat çatışmazlığı ilə üzləşib

by Baş Redaktor
26 Baxış

ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton ölkəsinin İranla qarşıdurma zamanı böyük həcmdə sursatdan istifadə etdiyini və bunun Vaşinqtonun hərbi imkanlarına təsir göstərdiyini bildirib.

Army.az xəbər verir ki, Klinton bu fikirləri Hemptons İnstitutunda keçirilən tədbirdə səsləndirib.

Onun sözlərinə görə, İran ərazisində aparılan əməliyyatlar zamanı ABŞ əhəmiyyətli miqdarda sursat sərf edib. Eyni zamanda, Vaşinqton Fars körfəzindəki müttəfiqlərinin ehtiyaclarını qarşılamaq üçün də böyük həcmdə silah-sursat göndərib.

Keçmiş dövlət katibi hesab edir ki, nəticədə ABŞ yeni və gözlənilməz təhlükələr qarşısında lazımi səviyyədə cavab vermək imkanlarını məhdudlaşdırıb.

banner

Klinton vəziyyəti belə ifadə edib: ABŞ bu siyasət nəticəsində “özünü dərin çuxura salıb”.

Əlaqəli Yazılar Xüsusi