Ev SiyasətABŞ-da Papanın qardaşının evinə bomba təhdidi – nəticə açıqlandı

ABŞ-da Papanın qardaşının evinə bomba təhdidi – nəticə açıqlandı

by Baş Redaktor
38 Baxış

İllinoys ştatında yaşayan Roma Papası XIV Leonun qardaşlarından birinin evinə bomba ilə bağlı hədələyici mesaj daxil olub. Aparılan araşdırmalar nəticəsində məlumatın həqiqəti əks etdirmədiyi məlum olub.

Army.az xəbər verir ki, bu barədə “NBC News” xəbər yayıb.

Bildirilir ki, Nyu Lenoks polisi ilkin olaraq Papanın böyük qardaşı Con Prevostun Çikaqodan təxminən 40 mil cənub-qərbdə yerləşən evinə yönələn təhdidə operativ reaksiya verib.

Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib, ərazi mühasirəyə alınıb, yaxınlıqdakı evlərin sakinləri ehtiyat məqsədilə təxliyə olunub.

banner

Əlaqəli Yazılar Xüsusi