Ev DünyaABŞ hərbçiləri Oman körfəzində tankeri yoxladı

ABŞ hərbçiləri Oman körfəzində tankeri yoxladı

by Baş Redaktor
20 Baxış

ABŞ-ın 11-ci Ekspedisiya Bölməsinin dəniz piyadaları İranla bağlı tətbiq olunan dəniz blokadasına əməl olunmasını yoxlamaq məqsədilə Oman körfəzində üzən “Wen Yao” tankerinə baxış keçiriblər.

Army.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində paylaşım edib.

Məlumata əsasən, əməliyyat iyulun 16-da həyata keçirilib. Bildirilib ki, yoxlama bölgədə hərəkət edən gəmilərin qüvvədə olan məhdudiyyətlərə əməl edib-etmədiyini müəyyənləşdirmək məqsədi daşıyan monitorinq tədbirlərinin tərkib hissəsi olub.

CENTCOM-un açıqlamasına görə, indiyədək blokada qaydalarını pozmağa cəhd göstərən üç kommersiya gəmisi marşrutunu dəyişməyə məcbur edilib, tələblərə tabe olmayan bir gəmi isə fəaliyyət qabiliyyətini itirib.

banner

Əlaqəli Yazılar Xüsusi