Ev DünyaABŞ Kubaya müdaxilə planını masaya qoydu – “Politico”dan sensasion iddia

ABŞ Kubaya müdaxilə planını masaya qoydu – “Politico”dan sensasion iddia

by Baş Redaktor
23 Baxış

ABŞ Prezidenti Donald Tramp administrasiyası Kubaya qarşı mümkün hərbi addımların müzakirəsinə başlayıb.

Army.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilir ki, Vaşinqton ilkin mərhələdə Havana üzərində təzyiq yaratmaq üçün sərt iqtisadi sanksiyalar və yanacaq məhdudiyyətləri tətbiq etməyə çalışıb. ABŞ rəhbərliyi Venesuela və İran istiqamətində əldə edilən hərbi nəticələrin Kuba hakimiyyətinə psixoloji təsir göstərə biləcəyini düşünüb.

Lakin nəşrin yazdığına əsasən, İranla bağlı planların istənilən effekti verməməsi və Kubada müqavimətin gözləniləndən güclü olması səbəbindən hərbi müdaxilə variantları daha ciddi şəkildə müzakirə edilməyə başlanıb.

banner

“Hazırda hərbi əməliyyat ehtimalı əvvəlki dövrlərlə müqayisədə daha fəal şəkildə nəzərdən keçirilir”, – deyə administrasiya daxilindəki mənbə bildirib.

Məlumata əsasən, Pentaqon müxtəlif ssenarilər üzərində işləyir. Variantlar arasında təzyiq xarakterli məhdud hava hücumları, həmçinin hakimiyyət dəyişikliyinə hesablanmış genişmiqyaslı quru əməliyyatları da yer alır.

Əlaqəli Yazılar Xüsusi