Almaniya Avropanın uzaqmənzilli dəqiq zərbə imkanlarındakı boşluqları aradan qaldırmaq məqsədilə Türkiyə ilə əməkdaşlıq perspektivlərini və Türkiyə istehsalı raket sistemlərini qiymətləndirir.
Army.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə nazirinin müavini Nils Şmid deyib.
Şmidin sözlərinə görə, Türkiyənin NATO daxilində rolu son illərdə daha da güclənib və Ankara həm Qara dəniz regionunun təhlükəsizliyi, həm də alyansın cənub cinahında sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Nazir müavini qeyd edib ki, Almaniya Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətləri diqqətlə izləyir.
Onun sözlərinə görə, xüsusilə pilotsuz uçuş aparatları və uzaqmənzilli yüksək dəqiqlikli zərbə sistemləri sahəsində əldə olunan inkişaf Berlinin maraq dairəsindədir.
