Ev ÖlkəAzərbaycan üç yeni kamikadze dron istehsal edib

Azərbaycan üç yeni kamikadze dron istehsal edib

by Baş Redaktor
49 Baxış

Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron istehsal edib.

Army.az Reporta istiandən xəbər verir ki, 2026-cı il istehsalı olan kamikadze dronlar hazırda İstanbulda keçirilən V “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ictimaiyyətə təqdim olunub.

“Arkan-10”, “Arkan -10 FO” və “Arkan- 10 FT” adlanan yeni nəsil dronlar müasir texnologiyalar əsasında hazırlanıb.

Bildirilib ki, sözügedən dron aparatlarında süni intellekt elementləri, təkmilləşdirilmiş avtonom idarəetmə sistemi və daha uzun uçuş müddəti təmin edilib.

banner

Yeni modellərin əsas xüsusiyyətləri arasında aşağı radar görünürlüyü, yüksək manevr qabiliyyəti və müxtəlif silah sistemləri ilə inteqrasiya imkanı xüsusi qeyd olunur. Bu dronlar müasir döyüş şəraitində effektiv istifadə üçün nəzərdə tutulub.

Əlaqəli Yazılar Xüsusi