Ev SiyasətCeyhun Bayramov və Mirzoyan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlib

Ceyhun Bayramov və Mirzoyan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlib

by Baş Redaktor
30 Baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Nyu-Yorkda görüş keçiriblər.

Army.az Teleqraf-a istinadən xəbər verir ki, görüş sentyabrın 24-də BMT Baş Assambleyası çərçivəsində baş tutub.

Nazirlər Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmalardan sonra qeydə alınan irəliləyişi nəzərdən keçiriblər.

Görüşdə Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yetirilib.

banner

Bu kontekstdə iki ölkə arasında ticarət və tranzit əlaqələri sülhün faydalarının praktiki nümunələri kimi vurğulanıb.

Bayramov və Mirzoyan, həmçinin müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Tərəflər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Əlaqəli Yazılar Xüsusi