Ev GündəmDənizlərdə həyəcan siqnalı: Rekord istilik balıqçılığı təhlükə altına salır

Dənizlərdə həyəcan siqnalı: Rekord istilik balıqçılığı təhlükə altına salır

by Baş Redaktor
43 Baxış

Avropa dənizlərində suyun rekord səviyyədə isinməsi balıqçılıq və dəniz ekosistemləri üçün ciddi risklər yaradır.

Army.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.

Agentliyin məlumatına görə, müşahidələrin aparıldığı dövr ərzində Avropa sularında ən isti yay ayları qeydə alınıb. Həddindən artıq istilər dəniz ekosistemlərinin dəyişməsinə səbəb olmaqla yanaşı, bəzi sahilyanı yaşayış məntəqələri üçün də ciddi fəsadlar yarada bilər.

Bildirilir ki, iyun-avqust aylarında Avropa dənizlərində orta su temperaturu 21,6 dərəcəyə çatıb. Mütəxəssislər dəniz istilik dalğalarının istixana qazları emissiyalarının artması fonunda daha tez-tez baş verdiyini və daha intensiv xarakter aldığını bildirirlər.

banner

Əlaqəli Yazılar Xüsusi