Ev DünyaDubay–Təl-Əviv reysində insident: Tramp terror ehtimalından danışdı

Dubay–Təl-Əviv reysində insident: Tramp terror ehtimalından danışdı

by Baş Redaktor
46 Baxış

ABŞ Prezidenti Donald Tramp Dubaydan Təl-Əvivə istiqamətində hərəkət edən “Flydubai” sərnişin təyyarəsində yaşanan hadisənin terror aktına cəhd olub-olmadığının hələ müəyyənləşdirilmədiyini bildirib.

Army.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, hadisə ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıb.

ABŞ prezidentinin sözlərinə görə, əldə olunan ilkin məlumatlarda təyyarənin ikinci pilotunun kapitana bıçaqla hücum etdiyi bildirilir. Tramp həmin şəxsin terrorçu ola biləcəyini və ya psixi problemlərinin mümkün olduğunu deyib.

Təyyarənin qəsdən qəzaya uğradılmasına cəhd göstərilib-göstərilmədiyinə dair suala cavab verən Tramp bu məsələnin hələ də dəqiq bilinmədiyini vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi