Ev DünyaƏrdoğandan dünya nizamına sərt mesaj: “Mövcud sistem iflas həddindədir”

Ərdoğandan dünya nizamına sərt mesaj: “Mövcud sistem iflas həddindədir”

by Baş Redaktor
70 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, müasir dünyanın üzləşdiyi problemləri köhnə yanaşmalar və ənənəvi üsullarla həll etmək artıq mümkün deyil.

Army.az xəbər verir ki, bu barədə Türkiyə lideri çıxışı zamanı danışıb.

Ərdoğan 81 il əvvəl dünyanın güclü və imtiyazlı dövlətlərinin təşəbbüsü ilə yaradılmış beynəlxalq sistemin hazırda ciddi böhranla üzləşdiyini bildirib. Onun fikrincə, xüsusilə regionda və dünyanın müxtəlif nöqtələrində baş verən hadisələr mövcud dünya nizamının işləkliyini itirdiyini göstərir.

Türkiyə Prezidenti diqqətə çatdırıb ki, hazırda milyonlarla insan müharibələr, silahlı qarşıdurmalar, siyasi qeyri-sabitlik, aclıq və yoxsulluq şəraitində yaşamaq uğrunda mübarizə aparır.

banner

Əlaqəli Yazılar Xüsusi