Ev Hərbi XəbərlərFinlandiyada NATO ilə bağlı SƏRT ÇAĞIRIŞ: “Alyansdan çıxmalıyıq”

Finlandiyada NATO ilə bağlı SƏRT ÇAĞIRIŞ: “Alyansdan çıxmalıyıq”

by Baş Redaktor
152 Baxış

Finlandiyanın “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema ölkəsinin NATO-dan ayrılmasının tərəfdarı olduğunu açıqlayıb.

Army.az xəbər verir ki, Mema “X” hesabında paylaşdığı fikirlərində Finlandiyanın Rusiya ilə münasibətləri normallaşdırmaq və Moskva ilə dialoqu bərpa etmək üçün alyansı tərk etməli olduğunu bildirib.

Onun sözlərinə görə, Helsinki neytral siyasətə qayıtmayana qədər Rusiya ilə sərhəddə vəziyyətin dəyişməsi və münasibətlərin əvvəlki səviyyəyə qayıtması mümkün olmayacaq.

Mema daha əvvəl də Finlandiyanın NATO üzvlüyünü tənqid edib və alyansa qoşulma qərarının ölkəyə problemlər gətirdiyini iddia edib.

banner

Bundan əvvəl tarix elmləri doktoru İrina Novikova da gələcəkdə Finlandiya cəmiyyətinin NATO-ya münasibətinin dəyişə biləcəyini və bu prosesə Ukraynadakı münaqişənin gedişatının təsir göstərə biləcəyini bildirib.

Əlaqəli Yazılar Xüsusi