Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus “Buk” hava hücumundan müdafiə sisteminin elementlərini məhv etdiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna 11-ci Ordu Korpusunun 45-ci Artilleriya Briqadası məlumat yayıb.
Bildirilib ki, M142 HIMARS yaylım atəşli reaktiv sistemindən istifadə olunmaqla “Buk” kompleksinin 9A316 nəqliyyat-yükləmə və buraxılış qurğusu, eləcə də radar avadanlığı hədəfə alınıb.
Briqadanın paylaşdığı görüntülərdə Rusiya hərbçilərinin yaxınlaşan raketi zərərsizləşdirməyə çalışdığı və bunun üçün iki ədəd önləyici raket buraxdığı görünür.
Məlumata görə, hədəf 3-cü Ordu Korpusunun tərkibindəki bölmələrdən birinin kəşfiyyatçıları tərəfindən müəyyənləşdirilib. Əldə olunan koordinatlar daha sonra zərbə qrupuna ötürülüb.
