Ev DünyaHücumdan sonra gərginlik artır: ABŞ İsrail–Türkiyə toqquşması gözləyir?

Hücumdan sonra gərginlik artır: ABŞ İsrail–Türkiyə toqquşması gözləyir?

by Baş Redaktor
55 Baxış

ABŞ İsrail və Türkiyə arasında Suriyada birbaşa hərbi toqquşmanın baş verəcəyini yaxın perspektivdə real ssenari hesab etmir.

Army.az xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib.

Diplomat tərəflər arasında vəziyyətin gərgin olaraq qaldığını, lakin birbaşa qarşıdurma həddinə çatmadığını vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton İsrail, Türkiyə və Suriya arasında yaranan gərginliyin idarə olunması və mümkün insidentlərin qarşısının alınması üçün kommunikasiya mexanizminin yaradılması istiqamətində fəaliyyətə başlayıb.

banner

Hakabi bildirib ki, hazırda əsas məqsəd bu mexanizmi daha səmərəli etmək və prosesə bütün tərəflərin cəlb olunmasını təmin etməkdir.

Əlaqəli Yazılar Xüsusi