Ev Gündəmİlon Mask Britaniyanı almağa hazırlaşır – QİYMƏTİ

İlon Mask Britaniyanı almağa hazırlaşır – QİYMƏTİ

by Baş Redaktor
47 Baxış

Amerikalı milyarder İlon Mask bu dəfə Böyük Britaniya ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Army.az xəbər verir ki, biznesmen sosial şəbəkədə yayılan satirik posta cavab olaraq ölkəni hansı məbləğə satın ala biləcəyini soruşub.

Maskın reaksiyası “The Babylon Bee” satirik saytının paylaşımından sonra gəlib. Yazıda milyarderin Böyük Britaniyanı ölkə vətəndaşlarına “söz azadlığını qaytarmaq” məqsədilə satın aldığı barədə ironik iddia yer alıb.

Mask həmin posta qısa şəkildə “Neçəyədir?” sualı ilə cavab verib.

banner

Milyarderin bu ifadəsi ilk dəfə deyil. O, 2017-ci ildə də istifadəçilərdən birinin o vaxt “Twitter” adlanan sosial şəbəkəni satın alması ilə bağlı təklifinə eyni sözlərlə reaksiya vermişdi. Bir neçə il sonra isə Mask həqiqətən də “Twitter”i satın alaraq şirkətin sahibi olmuşdu.

Əlaqəli Yazılar Xüsusi