Ev Dünyaİordaniya: İranın dörd ballistik raketi vurulub

İordaniya: İranın dörd ballistik raketi vurulub

by Baş Redaktor
51 Baxış

İordaniya Silahlı Qüvvələri ölkənin hava hücumlarından müdafiə sistemlərinin İran ərazisindən buraxıldığı bildirilən dörd ballistik raketi zərərsizləşdirdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İordaniya Ordusunun Baş Qərargahı məlumat yayıb.

Rəsmi açıqlamada qeyd olunub ki, gecə saatlarında HHM qüvvələri İordaniya hava məkanına doğru hərəkət edən dörd ballistik raketi aşkar edərək məhv edib.

Bildirilib ki, insident nəticəsində ölən və ya xəsarət alan olmayıb. Eyni zamanda, hər hansı maddi ziyanın qeydə alınmadığı vurğulanıb.

banner

Əlaqəli Yazılar Xüsusi