İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mahmud Nəbəviyan ölkədə sülh tərəfdarı olan çağırışlara sərt münasibət bildirib.
Army.az xəbər verir ki, Nəbəviyan “X” hesabında yayımladığı paylaşımda hazırkı şəraitdə sülhdən danışanların əslində təslim olmağı nəzərdə tutduğunu iddia edib.
“Bu şəraitdə sülhdən danışanların məqsədi təslim olmaqdır”, – iranlı deputat yazıb.
O, bəzi şəxsləri də “hesablamalarında səhvə yol verməkdə” günahlandırıb. Nəbəviyanın sözlərinə görə, həmin şəxslər öz məqsədlərinə çatmaq üçün onları müharibə tərəfdarı olmaqda ittiham edirlər.
İran parlamentinin komissiya üzvü həmçinin bildirib ki, Tehranla danışıqlar davam etdiyi vaxt ölkəyə qarşı müharibə “qəbul etdirilib”.
