Ev Siyasətİranın daxili işlər naziri Bakıya səfər edib

İranın daxili işlər naziri Bakıya səfər edib

by Baş Redaktor
70 Baxış

İranın daxili işlər naziri İsgəndər Mömini azərbaycanlı həmkarı Vilayət Eyvazovun rəsmi dəvəti ilə Bakıya səfər edib.

Army.az xəbər verir ki, bu barədə İranın IRNA informasiya agentliyi ölkənin Daxili İşlər Nazirliyinin informasiya mərkəzinin bazar ertəsi yaydığı bəyanata istinadən məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Mömininin Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

İran nümayəndə heyətinə, həmçinin Milli Fövqəladə Halların İdarə Edilməsi Təşkilatının rəhbəri, Ərdəbil və Gilan əyalətlərinin qubernatorları, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, eləcə də Daxili İşlər Nazirliyinin iki müşaviri daxildir.

banner

Əlaqəli Yazılar Xüsusi