Pakistan ABŞ və İran arasında İsveçrənin Bürgenştok şəhərində keçirilən texniki danışıqlar çərçivəsində tərəflərlə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Muhammad İshaq Dar “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, Pakistan həftənin sonunadək davam edəcək müzakirələr zamanı tərəflərlə əlaqələri qoruyacaq və diplomatik səylərini davam etdirəcək.
İshaq Dar həmçinin vurğulayıb ki, Pakistan indiyədək Yaxın Şərqdə və digər regionlarda davamlı sülh və sabitliyin təmin olunmasına töhfə verib və bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.
