Ev Hərbi Xəbərlərİsrail: “Hizbullah”ın strateji tuneli darmadağın edildi

İsrail: “Hizbullah”ın strateji tuneli darmadağın edildi

by Baş Redaktor
16 Baxış

İsrail ordusu Livanın cənubunda “Hizbullah”a aid olduğu bildirilən iri yeraltı hərbi infrastrukturu sıradan çıxarıb.

Army.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katsın yaydığı birgə açıqlamada məlumat verilib.

Bəyanata əsasən, əməliyyat Məcdəl Zun yaşayış məntəqəsinin yaxınlığında həyata keçirilib.

Bildirilir ki, uzunluğu 200 metrdən, dərinliyi isə 25 metrdən artıq olan tuneldə yüzlərlə silah-sursat, eləcə də İsrail ərazisini hədəfə almaq üçün nəzərdə tutulmuş bir neçə raket buraxılış sistemi yerləşdirilib.

banner

Əlaqəli Yazılar Xüsusi