55
Rusiyanın Perm şəhərində yerləşən neft emalı zavodu hücuma məruz qalıb.
Army.az xəbər verir ki, bu barədə “RBK- Ukrayna” məlumat yayıb.
Bildirilir ki, 8 gün ərzində ikinci dəfə Lukoil-Perm müəssisəsi hədəfə alınıb.
Məlumata görə, bu obyekt Rusiyanın ən böyük neft emalı zavodlarından biridir və ildə 13 milyon tondan çox neft emal edir. Zavod LUKOIL şirkətlər qrupuna daxildir.
