İran Məhkəmə Sisteminin apardığı araşdırmanın nəticələrinə görə, parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmayıl Kövsərinin Əli Laricaninin olduğu yerin oğlunun telefon zəngi vasitəsilə müəyyən edilməsi ilə bağlı səsləndirdiyi iddialar həqiqəti əks etdirmir.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Kövsəri daha əvvəl bildirmişdi ki, ona təqdim olunan məlumatlara əsasən, hücum gecəsi Əli Laricaninin oğlu Mürtəza Laricaninin telefon danışığının izlənilməsi nəticəsində İsrail və ABŞ Əli Laricaninin olduğu yeri müəyyən edib.
Bu açıqlamadan sonra Laricani ailəsi bəyanat yayaraq iddiaları təkzib edib və onları “yanlış” adlandırıb.
“Mürtəza Laricani müharibə dövründə həlak olanadək heç bir mobil telefondan istifadə etməyib. O, bu məsələdə həm özünə, həm də ətrafındakı şəxslərə münasibətdə son dərəcə həssas davranırdı”, – deyə ailənin bəyanatında bildirilib.
