Çin Xalq Azadlıq Ordusu Z-10 hücum helikopterinin aşağı hündürlükdə döyüş imkanlarını təkmilləşdirmək məqsədilə növbəti taktiki təlimlər həyata keçirib.
Army.az xəbər verir ki, bu barədə “China Military Online” məlumat yayıb.
Bildirilib ki, təlimlər zamanı Z-10 helikopterləri aşağı hündürlükdə uçaraq ərazi relyefindən istifadə etməklə gizli irəliləmə və şərti hədəflərə zərbələr endirmə tapşırıqlarını icra edib.
Məlumata görə, təlimlər 2026-cı ilin iyunun əvvəlində Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunlarına məxsus briqadalardan birində keçirilib. Təlimlərin görüntüləri isə avqustun 4-də ictimaiyyətə təqdim olunub.
Nəşr qeyd edir ki, bu cür hazırlıqların məqsədi hücum helikopterlərinin müasir hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyi döyüş şəraitində sağqalma və döyüş effektivliyini artırmaqdır.
