Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Baş Prokurorluğun müraciətini təmin edərək müxalif Güclü Ermənistan partiyasının aparıcı simalarından biri Narek Karapetyanın deputat toxunulmazlığını ləğv edib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinə istinadən baş prokurorun müşaviri Lusine Martirosyan məlumat verib.
Bildirilib ki, Baş Prokurorluq ötən gün MSK-ya Karapetyan barəsində cinayət təqibinin başlanmasına və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə imkan yaradacaq vəsatət təqdim edib.Qərarla Narek Karapetyanın deputat toxunulmazlığı aradan qaldırılıb və bununla da onun barəsində hüquqi prosedurların davam etdirilməsi üçün maneə qalmayıb.