Kreml ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinin tanker vasitəsilə satışına icazə verən lisenziyanı uzatmayacağını əvvəlcədən ehtimal etdiyini bildirib.
Army.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat yayıb.
Onun sözlərinə görə, bu ssenari mümkün variantlardan biri idi və Moskva artıq uzun müddətdir sanksiyalar şəraitində fəaliyyət göstərməyə uyğunlaşıb:
“Rusiya bu cür məhdudiyyətlərin təsirini minimuma endirmək üçün tədbirlər görməyə davam edəcək”.
Xatırladaq ki, ABŞ Maliyyə naziri Skott Bessent Vaşinqtonun İranla bağlı müharibə fonunda Rusiya neftinə tətbiq olunan sanksiyaları yumşaldan lisenziyanı uzatmayacağını açıqlayıb.
