6
14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.
Army.az xəbər verir ki, Azərbaycan XİN-dən verilən məlumata görə, gəmi kapitanının axtarışı istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.