Ev SiyasətÖmər Çelik: “Azərbaycanla qardaşlığımız əbədidir”

Ömər Çelik: “Azərbaycanla qardaşlığımız əbədidir”

by Baş Redaktor
66 Baxış

Türkiyə Azərbaycana qarşı təxribatlarla bağlı məsələləri müzakirə etmək üçün Bakıya nümayəndə heyəti göndərib.

Army.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də Azərbaycanın dövlət və siyasi strukturlarının nümayəndələri ilə sıx təmaslarını davam etdirir.

Çelik vurğulayıb ki, Türkiyə və Azərbaycan qardaşlıq və həmrəylik ruhunda münasibətlərini inkişaf etdirməkdə davam edəcəklər:

banner

“Biz iki dövlət, bir millətik. Qardaşlığımız əbədidir. Bundan sonra da eyni qardaşlıq və həmrəylik ruhunda yolumuza davam edəcəyik”.

AKP nümayəndəsi, həmçinin tərəflər arasında anlaşılmazlıqların qarşısını almaq məqsədilə yaxın vaxtlarda danışıqlar aparıldığını qeyd edib.

Əlaqəli Yazılar Xüsusi