Ev Hərbi XəbərlərPentaqonun qarşısında yeni vəzifə: hərbi sursat ehtiyatlarının yenilənməsi

Pentaqonun qarşısında yeni vəzifə: hərbi sursat ehtiyatlarının yenilənməsi

by Baş Redaktor
69 Baxış

ABŞ Müdafiə Nazirliyi İranla müharibə zamanı sərf olunan raketlərin və digər hərbi sursatların ehtiyatını yenidən artırmaq məqsədilə yeni addımlar atır.

Army.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ müdafiə nazirinin birinci müavini Stiven Faynberq yaranmış silah-sursat çatışmazlığının aradan qaldırılması prosesinə rəhbərlik edir. O, bu məqsədlə maliyyə sektorunda əldə etdiyi böhranların idarə olunması təcrübəsindən yararlanır.

2025-ci ildə Pentaqonda yüksək vəzifəyə gətirilən milyarder Faynberqə Prezident Donald Tramp tərəfindən hərbi ehtiyatların qısa müddət ərzində əvvəlki səviyyəyə çatdırılması tapşırılıb. Bu tapşırıq İranla müharibə nəticəsində azalan raket və digər sursat ehtiyatlarının bərpasını nəzərdə tutur.

banner

Əlaqəli Yazılar Xüsusi