“Müqavimət göstərildiyi halda nəticə mütləq qələbə ilə yekunlaşacaq”.
Army.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Livan parlamentinin rəhbəri Nəbih Berri ilə telefon danışığında deyib.
O qeyd edib ki, Livanda atəşkəs İran üçün də eyni dərəcədə önəmlidir.
Qalibaf əlavə edib ki, İslamabadda keçirilən danışıqlarda və ondan sonra tərəflər bütün münaqişə bölgələrində daimi atəşkəsin təmin olunması üçün rəqibləri buna məcbur etməyə çalışırlar.
