Ev Hərbi XəbərlərRusiya bir həftədə Ukraynaya 1 900-dən çox PUA göndərib

Rusiya bir həftədə Ukraynaya 1 900-dən çox PUA göndərib

by Baş Redaktor
42 Baxış

Rusiya ordusunun Ukraynaya növbəti kütləvi PUA hücumu nəticəsində mülki infrastruktura ziyan dəyib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya qüvvələri Kiyevdə Şimal körpüsünə, Sumıda dərman anbarına, Dneprdə isə rabitə müəssisəsinə zərbələr endirib. Hücumlar nəticəsində yaşayış binalarına və kritik infrastruktura da ziyan dəyib. Bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Zelenski bildirib ki, ötən gecə Ukrayna ərazisinə 135 hücum PUA-sı buraxılıb. Onlardan 50-dən çoxunun reaktiv PUA olduğu açıqlanıb. Kiyev, Dnepropetrovsk, Xarkov, Donetsk, Sumı və Zaporojye vilayətləri hücuma məruz qalıb.

banner

Ukrayna Prezidenti həmçinin qeyd edib ki, yalnız bu həftə ərzində Rusiya Ukraynaya qarşı 1 900-dən çox PUA, o cümlədən 800-dən çox reaktiv PUA, 1 700 aviabomba və 25 raketdən istifadə edib.

Əlaqəli Yazılar Xüsusi