Ev Hərbi XəbərlərRusiya Müdafiə Nazirliyi: Bir gecədə 396 Ukrayna PUA-sı vurulub

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 396 Ukrayna PUA-sı vurulub

by Baş Redaktor
50 Baxış

Ötən gecə Rusiya qoşunları ölkənin müxtəlif regionları üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus yüzlərlə pilotsuz uçuş aparatını (PUA) vurub.

Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin dəqiqləşdirdiyinə görə, avqustun 10-da saat 20:00-dan avqustun 11-də saat 08:00-dək hava hücumundan müdafiə sistemləri tərəfindən 396 təyyarə tipli PUA məhv edilib.

Məlumata görə, pilotsuz uçuş aparatları Belqorod, Bryansk, Vladimir, Voronej, Kaluqa, Kursk, Lipetsk, Orenburq, Oryol, Rostov, Ryazan, Tambov və Tula vilayətləri, eləcə də Moskva regionu və Krım üzərində vurulub.

banner

Əlaqəli Yazılar Xüsusi