Ev Hərbi XəbərlərBritaniya İrana qarşı yeni sanksiyalar hazırlayır – SEPAH ittiham olunur

Britaniya İrana qarşı yeni sanksiyalar hazırlayır – SEPAH ittiham olunur

by Baş Redaktor
68 Baxış

Böyük Britaniyanın baş naziri Endi Börnham Fairford aviabazasında qeydə alınan şübhəli hadisənin arxasında İranın dayana biləcəyini iddia edib. Onun fikrincə, hadisə böyük ehtimalla İranda koordinasiya olunub və SEPAH-ın rəhbərliyi altında həyata keçirilib.

Army.az xəbər verir ki, Börnham parlamentdə çıxışı zamanı ölkəsinə qarşı yönələn təhdidlərin cavabsız qalmayacağını bildirib. O, İranın cinayətkar şəbəkələrdən istifadə etməsinə qarşı mübarizənin gücləndiriləcəyini vurğulayıb.

Baş nazirin sözlərinə görə, London bu şəbəkələrin fəaliyyətini dayandırmaq və onların maliyyə mənbələrini hədəfə almaq üçün bütün mövcud vasitələrdən istifadə edəcək.

Börnham, həmçinin İranın və SEPAH-ın Britaniyaya zərər vurmaq imkanlarını məhdudlaşdırmaq məqsədilə əlavə sanksiyaların tətbiq olunacağını açıqlayıb.

banner

Əlaqəli Yazılar Xüsusi