Ev Dünya“Hakimiyyət dəyişikliyi üçün xalq küçələrə çıxmalıdır” – İranlı deputat

“Hakimiyyət dəyişikliyi üçün xalq küçələrə çıxmalıdır” – İranlı deputat

by Baş Redaktor
94 Baxış

İran parlamentinin üzvü Əhməd Bəxşayeş Ərdəstani hesab edir ki, ABŞ-ın İrana mümkün hərbi zərbələri ölkədə hakimiyyət dəyişikliyinə səbəb olmayacaq. Onun fikrincə, bu istiqamətdə ciddi dəyişiklik yalnız əhalinin kütləvi şəkildə küçələrə çıxması ilə mümkün ola bilər.

Army.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü bu barədə açıqlamasında bildirib.

Ərdəstaninin sözlərinə görə, ABŞ-ın yeni hücumları zamanı İranın hərbi komandirləri və ali rəhbərliyin yüksək vəzifəli şəxsləri hədəfə alına bilər. Bununla belə, o, Tehranın cavab vermək imkanlarına malik olduğunu iddia edib.

Deputat qeyd edib ki, İrana bomba zərbələri endiriləcəyi təqdirdə ölkə İsraildəki obyektlərə qarşı da hücumlar həyata keçirə bilər.

banner

Əlaqəli Yazılar Xüsusi