Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində yerləşən mövqelərinə ağır aviasiya bombası ilə zərbə endirdiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, hücum zamanı universal korreksiya və planlaşdırma modulu ilə təchiz edilmiş FAB-3000 tipli, təxminən 3 ton ağırlığında bomba tətbiq olunub.
Məlumata görə, partlayış gecə saatlarında Xerson ərazisində baş verib. Hadisənin nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat açıqlanmayıb.
