35
Səudiyyə Ərəbistanında AH-6i tipli helikopter qəzaya uğrayıb.
Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Nəcran əyaləti yaxınlığında baş verib.
Qəza nəticəsində helikopterdə olan iki ekipaj üzvü həyatını itirib.
Hadisənin hansı səbəbdən baş verdiyi və qəzanın digər təfərrüatları hələlik açıqlanmayıb.
