Ev DünyaTramp Baydenə gizli məktub yazdı – Bilirəm ki…

Tramp Baydenə gizli məktub yazdı – Bilirəm ki…

by Baş Redaktor
58 Baxış

ABŞ-ın sabiq prezidenti Co Bayden prezident Donald Trampın Ağ Evdən gedərkən ona yazdığı məktubu ilk dəfə açıqlayıb. Məktubdakı səmimi ifadələr isə keçmiş prezidentin ictimai çıxışlarından fərqlənib.

Army.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Co Bayden məktubun mətnini yeni nəşr olunan “Mənə söz ver, Amerika” (“Promise Me, America”) adlı kitabında dərc edib.

Donald Trampın Ağ Evin rəsmi blankında qara markerlə yazaraq imzaladığı məktubda yer alan fikirlər onun Bayden və 2020-ci il prezident seçkiləri ilə bağlı ictimai bəyanatlarından xeyli fərqlənir.

banner

“Sizin başınıza belə bir şey gəlməyəcək, çünki Amerika xalqını nə qədər çox sevdiyinizi bilirəm. Siyasət olmasa idi, biz yaxşı dost olardıq”, – deyə Tramp məktubunda yazıb.

Bayden kitabında məktubu oxuyarkən sanki iki fərqli Trampla qarşılaşdığını qeyd edib.

Əlaqəli Yazılar Xüsusi